Ümum vətəndaş pasportlarının dəyişdirilməsi
Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlıq müddətinin keçməsinə 1 il qalmış onu yenisi ilə əvəzləmək üçün aşağıda göstərilən sənədləri poçt vasitəsilə Səfirliyə göndərə bilərsiniz. Ümum vətəndaş pasportunun rəsmiləşdirilməsi üç ayadək davam edə bilər.
Xahiş edirik ki, aşağıdakı qaydaları diqqətlə oxuyasınız. Bu qaydalara riayət olunmadığı təqdirdə sənədlər baxılmadan geri qaytarılacaqdır.
1. Ərizə-anket; (Səhifə 1, Səhifə 2) Ərizə-anketin yalnız 1.1, 1.2, 1.3, 1.4, 1.5, 1.6, 1.7 və 1.8 saylı qrafalardakı suallara tam cavab verin və 1.8 saylı qrafanın altında (Şəxsi imzası) və 18 saylı qrafada imza edin.
2. Ərizəçinin Səfirliyə ünvanladığı ərizə; (Nümunə) Ərizə notariat qaydada təsdiq olunmalı və nümunədə göstərilən məlumatlar öz əksini tapmalıdır (sənədlər ərizəçinin özü tərəfindən Səfirliyə şəxsən təqdim edildiyi zaman ərizənin notarial qaydada təsdiq olunmasına ehtiyac yoxdur):
3. 2 rəngli donuq fotoşəkil (35 mm x 45 mm);
4. Pasportun əsli; Pasportun əslindən əlavə olaraq pasportun 2-ci, 3-cü, 4-cü, 5-ci və eləcə də konsulluq qeydiyyatının və ərizəçinin qüvvədə olan ölkədə yaşamaq haqqında icazəsinin (Aufenthaltserlaubnis, Aufenthaltsberechtigung və ya Niederlassungserlaubnis) olduğu səhifələrin surətləri;
5. Ərizəçinin ölkədə yaşamaq haqqında icazəsi və onun azərbaycan dilinə tərcüməsi; (Aufenthaltserlaubnis, Aufenthaltsberechtigung və ya Niederlassungserlaubnis)
6. Yeni pasportun rəsmiləşdirilməsi üçün Səfirliyin bank hesabına 45,00 Avro məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli; (COMMERZBANK Konto Nr.: 26 61 53 601 BLZ: 100 40 000)
7. Yeni pasportun rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası DİN-nin Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (keçmiş OVİR) Azərbaycan Beynəlxalq Bankındakı aşağıda göstərilən hesabına 40 manatın Avro ekvivalentinin keçirilməsi barədə qəbzin əsli (qəbzdə Sizin soyadınız, adınız, atanızın adı və Almaniyadakı ünvanınız göstərilməlidir). Hər şəxs üçün dövlət rüsumu ayrıca ödəniş formasında köçürülməlidir! Əgər dövlət rüsumu Azərbaycan Respublikasında yaşayan qohumlarınız tərəfindən ödəniləcəksə bu ərizədə qeyd edilməli və Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinə təqdim edilməlidir.
Beneficiary bank: The International Bank of Azerbaijan S.W.I.F.T. Code: IBAZAZ2X Beneficiary: Treasury department of central government organization (XIN) Beneficiary account: COR 328518-EUR-3211-01 Ünvan: Azərbaycan, AZ1005, Bakı, Nizami küçəsi, 678.
Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun
qəsdən korlanmasına və itirilməsinə görə (ümumvətəndaş pasportunun yararsız
hala düşməsinin səbəbi kimi belə fakt müəyyən olunduqda) inzibati
cərimənin ödənilməsi haqqında qəbz. Bunun üçün aşağıdakı bank hesabına 25 avro
məbləğində cərimə ödənilməlidir:
Beneficiary: State Treasury Agency
Beneficiary’s account No: 0132130001954
Account No:
5040040062
Bank address: Azerbaijan, Baku AZ
1014, R.Behbudov str.32
Beneficiary’s Bank: Central Bank of the
Republik of Azerbaijan
SWIFT
Code: NABZAZ2X
Correspondent Bank: Deutsche Bundesbank,
Frankfurt Am Main
SWIFT Code: MARKDEFF 9. Ümumvətəndaş pasportu itdiyi və ya oğurlandığı hallarda yaşadığınız yerin polis idarəsindən pasport itdiyi üçün müraciət etdiyinizə dair arayış və onun Azərbaycan Respublikasının dövlət dilinə rəsmi tərcüməsi; 10. 5,00 Avro məbləğində poçt markası və Sizin ünvanınız yazılmış boş zərf. Qeyd 1: Soyad dəyişdirildiyi təqdirdə yuxarıda qeyd edilən sənədlərə soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin (Səfirlik və ya Azərbaycan Respublikasının müvafiq Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş) surəti əlavə olunmalıdır. Soyadın dəyişdirilməsi haqqında Səfirlik və ya Azərbaycan Respublikasının müvafiq Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş şəhadətnamə olmadığı təqdirdə Səfirlik tərəfindən “Soyadın dəyişdirilməsi haqqında Şəhadətnamə” alınmalıdır. Nikahla əlaqədar soyad dəyişdirilibsə aşağıdakı sənədlər təqdim edilməlidir: 1. Soyadın nikahla əlaqədar dəyişdirilməsinə dair ərizə (sərbəst formada); 2. Nikah haqqında şəhadətnamənin surəti; 3. Doğum haqqında şəhadətnamənin surəti; Qeyd 2: Soyadın dəyişdirildiyi təqdirdə vətəndaşın Azərbaycan Respublikasında almış şəxsiyyət vəsiqəsi geri qaytarılmalıdır. Bununla əlaqədar olaraq aşağıdakı sənədlər əlavə edilməlidir: 1. Şəxsiyyət vəsiqəsinin əsli; 2. Azərbaycan Respublikası DİN Baş Pasport və Qeydiyyat İdarəsinin rəisinin adına ərizə (Nümunə-Ərizə)
|