- Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün tələb olunan anket Azərbaycan dilində yazılmalıdır. Əgər Sizin 14 yaşına çatmamış uşaqlarınız varsa, onda onların soyadları və tələb olunan məlumatlar Sizin anketə yazılmalıdır. 14-18 yaşında olan uşaqlar ayrı-ayrılıqda anket yazmalıdırlar və onlar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. 14-18 yaşında olan uşaqların Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün növbəti sənədlər tələb olunur: a) Sizinlə birgə Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün uşağın notarius tərəfindən təsdiq olunmuş razılıq ərizəsi; b) o biri valideynin üşağın vətəndaşlıqdan çıxılması üçün notarius tərəfindən təsdiq olunmuş razılıq ərizəsi və ya valideynlərdən birinin ölüm haqqında şəhadətnaməsi, boşanma haqqında məhkəmə qərarı və sairə. Uşağın yaşından asılı olmayaraq 3 rəngli fotoşəkil (35 mm x 45 mm);
- Azərbaycan Respublikası vətəndaşlığından çıxılması səbəbini göstərməklə Azərbaycan Republikası Prezidentinin adına ərizə;
- 4 rəngli fotoşəkil (35 mm x 45 mm);
- 340,00 Avro Dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli;
- Sizin şəxsiyyətinizi təsdiq edən sənədlərin surətləri ( doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə, hərbi bilet, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və s.);
- Tərcümeyi-hal;
- AFR rəsmi orqanları tərəfindən Sizin alman vətəndaşlığına qəbul edilməsi üçün verilmiş təminatın əsli (Einbürgerungszusicherung);
- 5,00 Avro məbləğində olan poçt markası və üzərində Sizin ünvan yazılmış zərf;
- Yaşayış haqqında arayış (Meldebescheinigung);
- Alman dilində təqdim olunan bütün sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır.
Azərbaycan Respublikası vətəndaşlığından çıxılması üçün tələb olunan sənədlər 3 nüsxədə təqdim olunmalıdır. Vətəndaşlıqdan çıxma prosesinin tezləşdirilməsi üçün Azərbaycan Republikası Prezidentinin adına yazılmış ərizəni, ərizə-anketi və tərcümeyi-halı y a l n ı z çap maşını və ya kompüter vasitəsilə yazılmasını xahiş edirik.
COMMERZBANK
Konto No: 26 61 53 601
BLZ: 100 40 000
* * *

























