| 18 yaşına çatmış vətəndaşlar üçün pasportların rəsmiləşdirilməsi |
|
18 yaşına çatmış vətəndaşlar üçün ümum vətəndaş pasportlarının rəsmiləşdirilməsi Azərbaycan Respublikası vətəndaşının 18 yaşı tamam olduqda ona ümum vətəndaş pasportu rəsmiləşdirilə bilər. Nəzərə alınmalıdır ki, ümum vətəndaş pasportunun rəsmiləşdirilməsi üç ayadək davam edə bilər. 1. Ərizə-anket; (Ərizə-anket 1-ci səhifə, Ərizə-anket 2-ci səhifə )
2. Ərizəçinin Səfirliyə ünvanladığı ərizə; ( Nümunə-Ərizə )
3. 2 rəngli donuq fotoşəkil (35 mm x 45 mm); 4. Doğum haqqında şəhədətnamənin əsli və ya təsdiq edilmiş surəti; 5. Qan qrupu haqqında arayış və onun tərcüməsi; 6. Ərizəçinin valideyninin pasportunun 2-ci, 3-cü, 4-cü, 5-ci və eləcə də konsulluq qeydiyyatının və ərizəçinin qüvvədə olan ölkədə yaşamaq haqqında icazəsinin (Aufenthaltserlaubnis, Aufenthaltsberechtigung və ya Niederlassungserlaubnis) olduğu səhifələrin surətləri; 7. Ərizəçinin ölkədə yaşamaq haqqında icazəsi və onun azərbaycan dilinə tərcüməsi; (Aufenthaltserlaubnis, Aufenthaltsberechtigung və ya Niederlassungserlaubnis) 8. Yeni pasportun rəsmiləşdirilməsi üçün Səfirliyin bank hesabına 45,00 Avro məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əsli;
9. Yeni pasportun rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası DİN-nin Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (keçmiş OVİR) Azərbaycan Beynəlxalq Bankındakı aşağıda göstərilən hesabına 40 manatın Avro ekvivalentinin keçirilməsi barədə qəbzin əsli (qəbzdə Sizin soyadınız, adınız, atanızın adı və Almaniyadakı ünvanınız göstərilməlidir). Hər şəxs üçün dövlət rüsumu ayrıca ödəniş formasında köçürülməlidir!
|